“Səbail” daha bir ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, komandanın hücumçusu Aleksandr Romalinqom oyunun 77-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirərkən əzələsini dartıb. Oyunçu əvəzlənmək istəsə də, "dənizçilər"in əvəzetmə limiti bitdiyi üçün Romalinqom oyuna davam etməli olub. Tibbi müdaxilədən sonra o, ayağı sarıqlı və axsayaraq oyuna qayıdıb.
Lakin 87-ci dəqiqədə Ramalinqom meydanın ortasında yerə yıxılıb və oyunu davam etdirə bilməyib. "Səbail" isə 10 nəfərlə görüşü başa vurub.