
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin "Lerik" - "Sumqayıt" matçında xoşagəlməz olay baş verib.
Sportnet.az-ın məlumatına görə, 23-cü dəqiqədə Cənub komandasının futbolçusu Rahid Ağazadə "gənclik şəhəri" təmsilçisinin makedoniyalı legioneri Kristian Velinovskinin arxa bud nahiyəsinə açıq ayaqla zərbə endirib.
Nəticədə Velinovsinin ayağı qırılıb. O, ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə stadiondan çıxarılıb.
Qeyd edək ki, "Kapital Bank Arena"da keçirilən matçda hazırda "Sumqayıt" hesabda öndədir - 1:0.