
Bu gün Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" MOİK-lə qarşılaşacaq. Oyunu izləyənlər arasında, milli komandanın keçmiş üzvü Arif Əsədov da yer alıb.
Mütəxəssisin Sportnet.az saytına verdiyi müsahibəni təqdim edirik:
-Arif müəllim, bu gün tarixi oyuna şahidlik edəcəyik. Hansı hisslər keçirirsiniz?
-Təbii ki çox sevincliyik, dediyiniz kimi tarixi oyundu. Artıq 30 ildən çoxdur burada oyun keçirilmirdi. Əsgərlərimizin və Ali Baş Komandanımızın hesabına biz buradayıq.
-Bu stadiona vaxtı ilə futbol oynamısız?
-Yox, təəsüflər olsun, burada oynanamışam. 1985-ci ildə "Neftçi"nin əvəzedicilərinə dəvət almışam və orada olmuşam, ona gprə burada oyun keçirməmişəm.
-Həmin illərdə futbol oynamısız. O günləri necə xatırlayırsız?
-Burada daha çox 9-cu zona komandaları çıxış edib. "Gəncə", "Gənclik Bakı" kimi komandalar var idi. Samir Ələkbərovu bilirəm ki, mən "Neftçi"yə gələndə o da oradan gəlmişdi. O vaxtlar da, soruşurduq, maraqlanırdıq. Bizim üçün maraqlı idi, daha çox erməni futbolçuların olduğu komandada ab-hava necədir. Onu bilirəm ki, oyunlar çox prinsipial olurdu, qızğın gedirdi. O vaxt "Neftçi" "Ararat" oyunu necə prinsipial idisə, buraya gələn Azərbaycan komandalarının oyunu da, eyni gərginliklə keçirdi.
-Məhz "Qarabağ" və MOİK-in bu gün üz-üzə gəlməsi, təsadüfdür?
-Təbii ki, çox sevindirici haldır ki, həm "Qarabağ"ın adını daşıyan bir komandamız, həm də Ordu İdman Klubu bu gün burada qarşılaşır. Ölən şəhidlərimizə Allah rəhmət eləsin. Biz onlara borcluyuq. Qalan bütün qazilərimizə də, Allah şəfa versin.