
Bu gün - dekabrın 21-də Azərbaycan üçün tarixi hadisə yaşandı. Xankəndi şəhər stadionunda "Qarabağ" və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final oyunu keçirildi.
Bu məqsədlə, Gənclər İdman Nazirliyi ilə Peşəkar Futbol Liqası tərəfindən ciddi təşkilatı işlər görülərək xeyli sayda insan Xankəndiyə gətirildi. Onların arasında böyük bir qrup jurnalistlər, futbol veteranları, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, Azərbaycan Ordusunun əsgər və zabitləri, müharibə qaziləri və şəhid övladları da var idi. Görüşü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də izləyirdi.
Matçdan əvvəl açılış mərasimi təşkil olundu. Bədii hissədə musiqiçilərin ifaları səsləndiril. Rəsmi hissədə isə Dövlət Himni və 1 dəqiqəlik sükutdan sonra Prezident çıxış edərək bu görüşün Xankəndidə "Qarabağ" və MOİK komandaları arasında təşkilinin rəmzi məna daşıdığını bildirdi. O, Ordu və xalq birliyi sayəsində Qarabağın işğaldan azad olunduğunu və separatçı rejimin simvollarının da bu stadiondan yığışdıralaq "Xankəndi" və "Qarabağ Azərbaycandır" sözləri ilə əvəzləndiyini diqqətə çatdırdı. İ.Əliyev eyni zamanda topa ilk rəmzi toxunuşunu etdi. Bu toxunuşa bir daha toxunacağıq.
İnsanlar doğrudan da, böyük sevinc hissi keçirirdilər. Oyuna həddindən artıq maraq var iid. Matçı 5 mindən çox azarkeş canlı izləyirdi. Onları Bakıdan stadiona gətirmək üçün xüsusi avtobuslar ayrılmışdı.
Gecə saat 4:30-da biz yola çıxdıq. Artıq 10:30 radələrində Xankəndidə idik. Yol boyu quruculuq işlərinin şahidi olurduq. Hər yerdə texnikalar, tikinti işləri...
Eyni zamabda ermənilər tərəfindən viran olunmuş kəndlər çıxırdı qarşımıza. Artıq orada bərpa işləri aparılır.
Biz Xankəndiyə Ağdam - Əsgəran yolu ilə gəldik. Əsas dağıntıları da elə Ağdam rayonu ərazisində gördük. Separatçıların yaşadığı ərazilərdə isə hər şey öz yerində idi. Antiterror əməliyyatı zamanı heç bir evə zərərin dəymədiyinin şahidi olduq. Bütün maqazinlərin, ictimai iaşiə obyektlərin üzrəində yazıların qaldığını gördük.
Stadion özü şəhər administrasiyası ilə üzbəüz yerləşir. Çox mənzərəli yerdədir. Ətrafa dağlar və binalarla əhatələnib.
Ölkə başçısı şəhid övladladı ilə birgə oyunu sonadək stadiondan izlədi. Onun matçın əvvəlində topa toxunuşu rəmzi olsa da, əslində çox böyük məna yükü daşıyşrdı. Sanki o, bununla 30 ildən çox separatizmi dəstəkləyən və hələ də buna fürsət axtaranlara bir zərbə endirirdi. Bu, dəmir yumruqdan da betər təsir qüvvəsinə malik idi. Bu, DƏMİR TƏPİK idi!
Ağıllı baş zərbəsi isə ən sonda vuruldu. Nəriman Axundzadənin vurduğu top tora sancıldı....
Beləliklə, "Qarabağ" 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksələrək, "Sabah" komandasına rəqib oldu.