Mövsümün ikinci yarısı üçün hazırlıqlarının Türkiyənin Antalya şəhərində davam etdirən "Sabah"ın növbəti rəqibi bəlli olub.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi "Vorskla" ilə qarşılaşacaq. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. Oyun yanvarın 14-də keçiriləcək.
"Vorskla" Ukrayna Premyer Liqasında 17 turdan sonra 23 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Sabah" ötən gün ilk sınaq matçında "Rapid"ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.