
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün oyunöncəsi son məşqini keçib.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutan və təxminən 1 saat davam edən taktiki-texniki məşq prosesində müalicəsini davam etdirən Abdulla Rzayev iştirak etməyib.
Əvəzində İqor Ribeyro və Ramin Nəsirli kollektivə qoşulub. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə sabahkı görüşdə iştirak etmək gücündədir.
Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” oyunu saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib.