"Kəpəz" klubunun sabiq futbolçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib.
Sportnet.az xəbər verir ki, keçmiş hücumçu Region Liqasında "VT Gəncə"nin heyətində "Şəki" ilə matçda start heyətində meydana çıxıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub.