Türkiyənin "Qalatasaray" klubunun zədəli futbolçusu Serj Oryenin durumuna aydınlıq gəlib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Kot-d İvuardan olan müdafiəçi 15 gün yaşıl meydanlardan uzaq qalacaq.
O, martda yığmaların oyunlarından sonra sıraya dönə biləcək.
Qeyd edək ki, Serj Orye fevralda "sarı-qırmızılar"a keçib.