Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyunu da buraxacaq.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Yunanıstanda PAOK-a qarşı keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak etməyəcək.
Emrelinin adı martın 14-də reallaşacaq görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Zaqrebdəki ilk matçda meydan sahibləri qələbə qazanıblar - 2:0. Yanvarın əvvəlində sıradan çıxan forvard bu yaxınlarda zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub.