İtaliyanın "Leççe" komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, A Seriyası təmsilçisi Luka Qottiyə tapşılırıb.
Onun müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. 56 yaşlı mütəxəssis daha əvvəl "Spetsia", "Udineze" kimi klublarda işləyib.
Qeyd edək ki, "Leççe" daha əvvəl baş məşqçisi Roberto D'Aversanı rəqib futbolçuya kəllə atdığı üçün istefaya göndərmişdi.