Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Sportner.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 25 yaşlı cinah müdafiəçisinə 2028 və ya 2029-cu ilədək sözləşmə təklif etmək istəyir.
Mərakeşli oyunçunun müqaviləsi 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, Əşrəf Hakimi cari mövsüm Liqa 1-də 19 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.