İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah "Mançester Yunayted"ə ardıcıl 5 matçda qol vuran ilk oyunçu kimi tarixə düşüb.
Sportnet.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu buna "qırmızı şeytanlar"a əlavə vaxtda 3:4 hesabı ilə uduzduqları İngiltərə Kubokunun 1/4 final mərhələsinin oyununda fərqlənməklə nail olub.
İndiyədək heç kim belə uğur əldə etməyib.
Bununla Mersisayd təmsilçisinin 9 matçlıq məğlubiyyətsizlik seriyasına da son qoyulub. "Liverpul" sonuncu dəfə fevralın 4-də Premyer Liqada "Arsenal"a yenilib - 1:3.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm çempionatda 22 matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.