
Türkiyə milli futbol komandasının keçmiş hücumçusu Ersen Martin 44 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
2022-ci ildə infarkt keçirərək aortası partlamış keçmiş futbolçu bir müddət müalicə alıb.
Qeyd edək ki, Almaniyadan anadan olmuş hücumçu futbola “Nürnberq”də başlasa da, karyerasının böyük, hissəsini başda “Beşiktaş” və “Trabzonspor” olmaqla Türkiyə klublarında keçirib. Türkiyə millisində isə cəmi dörd oyuna çıxıb.