
Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer məşqdə zədələnib.
Sportnet.az xəbər verir ki, 37 yaşlı qolkiperə sol körpü sümüyü zədələnməsi və əzələ yırtığı diaqnozu qoyulub.
O, martın 23-də Fransa, 26-da isə Niderland millilərinə qarşı keçiriləcək yoxlama oyunlarında yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Manuel Noyer 9 aylıq zədədən sonra ötən ilin oktyabrında yaşıl meydanlara qayıtmışdı.