Türkiyənin "Fənərbağça" klubunda çıxış edən Duşan Tadiç Serbiya millisinub tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, 35 yaşlı orta xətt oyunçusu buna Rusiya yığması ilə yoldaşlıq matçında nail olub.
O, millidə 105-ci matçını keçirib. Bununla o, Branislav İvanoviçin rekordunu təkrarlayıb. Tadiç 2008-ci ildən Serbiya millisində çıxış edir.
Qeyd edək ki, serblər Rusiyaya 0:4 hesabı ilə məğlub olub.