Millətlər Liqasının C Divizionunda Azərbaycan millisinin rəqibi olan Estoniya yığması Baltik Kubokunda iştirak edəcək.
Sportnet.az xəbər verir ki, Estoniya millisi açılış matçında Farer adaları ilə qarşılaşacaq.
Görüş iyunun 8-də Tallində baş tutacaq. Mini-turnirdə Estoniya və Farer adaları ilə yanaşı, Litva və Latviya yığmaları da çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan və Estoniya yığmaları oktyabrın 11-də və noyabrın 16-da üz-üzə gələcək.