1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kiyev “Dinamo”sundan yubiley qələbəsi
Müstəqillik dönəmində ilk dəfə Ukrayna çempionatının mükafatçılar sırasından kənar qalan Kiyev "Dinamo”su mövsümü kuboksuz başa vurmayıb. Sportnet.az-ın məlumatına görə, "Dinamo” ölkə kubokunun finalında Donetsk "Şaxtyor”unu yenməyi bacarıb.
Paytaxt təmsilçisi hər iki qolu ilk yarıda vurub. Əvvəlcə "ağ-mavilər” "şaxtaçılar”ın müdafiəçisi Aleksandr Kuçerin avtoqolu sayəsində 40-cı dəqiqədə hesabda irəli çıxıb. Cəmi 3 dəqiqə sonra Domaqoy Vida fərqi artırıb. Fasilədən 12 dəqiqə sonra Duqlas Kosta fərqi minimuma endirib. Lakin "Şaxtyor”un bundan artığına gücü çatmayıb. Matçın sonluğunu tərəflər azlıqda keçiriblər: mübahisəyə görə "Dinamo”nun hücumçusu Andrey Yarmolenko və "Şaxtyor”un müdafiəçisi Yaroslav Rakitski meydandan qovulublar. Bu qələbə sayəsində "Dinamo” Ukrayna Kubokunun 10-qat qalibi olub. Sonuncu dəfə kiyevlilər kuboku 2007-ci ildə qazanıblar. Bu, həm də "Dinamo”nun baş məşqçisi kimi Sergey Rebrovun ilk titulu olub.
Qeyd edək ki, qarşılaşma Poltavada Aleksey Butovski adına stadionda keçirilib. Ukrayna Futbol Federasiyası görüşün boş tribunalar qarşısında keçirilməsini qərara alsa da, fanatların təzyiqi qarşısında tab gətirməyib və qərarı ləğv edib.