Sloveniyanın
"Koper” klubunun baş məşqçisi Rodolfo
Vanoli Miyan Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi”yə
qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Sportnet.az-ın
məlumatına görə, o, "ağ-qaralar”a qarşı 0:2 hesabı ilə məğlub olduqları matçı
belə şərh edib:
"Neftçi”
ilk oyuna nisbətən bu gün daha yaxşı oynadı. Bizim futbolçularımız sona kimi
mübarizə apardılar. Buna görə onlara təbrik düşür. Komandamın hazırda Avropa
təcrübəsi yoxdur. Rəqibi cəzalandırmaq üçün bir neçə dəfə fürsət yarandı. Lakin bu
momentlərdən istifadə edə bilmədik. Çox heyf… Hakimin qərarlarını müzakirə etmək
istəməzdim. Çünki bu artıq yersizdir".
Qeyd edək ki, bu komandalar arasında ilk görüş Bakıda keçirilmişdi və oyun "Koper”in 2:1 hesablı qələbəsi başa çatmışdı.