Futbol üzrə Azərbaycan 1-ci divizionunda 23-cü tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.
“Kəpəz-2” səfərdə “Səbail”in əvəzedicilərini minimal hesabla üstələyib. “Zaqatala” “İmişli”ni, “Neftçi-2” isə “Şamaxı-2”-ni doğma meydanda məğlub etməyi bacarıb.
Birinci divizion
23-cü tur
4 aprel
Səbail-2 – Kəpəz-2 1:2
Qol: Bəşir Ayralov, 70 – Fərid Məmmədov, 2. Elnur Cəfərov, 20.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Asiman Əzizli, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00.
Zaqatala – İmişli 3:1
Qol: Elnur İbrahimov, 10. Bəhruz Teymurov, 40. Rəhman Şabanov, 68 – Tolqar Yaqubov, 58.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Anar Bədəlov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala OİK stadionu, 15:30.
Neftçi-2 – Şamaxı-2 3:1
Qol: Həbib İsmayılov, 7. Aqşin Abazərov, 12. Elşad Tağıyev, 22-pen. – Sadiq Hüseynli, 9.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.