Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası bu gün Daşkənd şəhərində Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, qarşılaşma 6:2 futzalçılarımızın xeyrinə başa çatıb.
Millimizin heyətində Teles Martins 4 qol vurub. Hərəyə 1 dəfə Fineo de Araujo və Vilyams fərqlənib.
Xatırladaq ki, bu yığmaların dünənki yoldaşlıq görüşündə 3:3 hesablı heç-heçə qeydə alınıb.






































































