Azərbaycan milli komandasının voleybolçusu Odina Bayramova karyerasını yenidən İtaliyada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 28 yaşlı idmançı A Seriyasına yüksələn "Kyeri” klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Bayramova 2016/2017 mövsümündə "Firenze”də forma geyinib. Azərbaycan millisinin digər üzvü Natalya Məmmədova isə 2006/2007 mövsümündə məhz "Kyeri”də çıxış edib.