
Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycan təmsilçiləri 5 medal əldə ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa proqramında (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) proqramında ikiqat bürünc medal əldə edib.
Fərdi çıxışlara gəldikdə, Fidan Qurbanlı gürzlərlə proqramda (25.866 xal), Şəms Ağahüseynova isə lent ilə proqramda (25.299 xal) gümüş medala yiyələniblər.