1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda gimnastika üzrə “AGF Junior Trophy” turniri start götürdü
Bu gün Bakıda gimnastika üzrə beynəlxalq "AGF Junior Trophy” turniri start götürüb.
Sportnet.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə fərdi proqramda təsnifat yarışları baş tutacaq. Nəticələrə əsasən, bu gün komanda hesabında qaliblər və ayrı-ayrı alətlər üzrə finalçıların adları müəyyənləşəcək.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, iştirakçılar 2003 - 2005-ci il yaş kateqoriyasında mübarizə aparacaqlar.
Turnirdə Azərbaycanı Dərya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Dərya Sorokina təmsil edir. Ümumilikdə isə yarışlarda 18 ölkənin idmançıları iştirak edəcəklər.
Qeyd edək ki, "AGF Junior Trophy” turniri 1 – 3 iyunda İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.