Azərbaycanın iki batut gimnastı Krasnodar şəhərində keçirilmiş Rusiya çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, turnirdə ölkəni təmsil edən Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstəriblər.
Digər gimnastlardan Selcan Mahsudova turniri 4-cü, Hüseyn Abbasov isə 8-ci yerdə başa vurub.
Qeyd edək ki, yarışda Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançı iştirak edib.