Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə texniki komitəsinin üzvü seçilib.
Sportnet.az-ın məlumatına görə, o, birinci mərhələdə 46, ikinci mərhələdə isə 49 səs toplayıb.
Seçkilər FIG-in Türkiyənin Antalya şəhərindəki 83-cü Konqresi zamanı baş tutub.