Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final mərhələsində 2-ci cəhdini edib.
Sportnet.az-ın məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.
-----------------------------------------
Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final çıxışlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, tamblinq növündə mübarizə aparan 25 yaşlı idmançı ilk cəhdini edib.
Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi 38.300 xala layiq görülüb və hələlik 2-ci pillədə qərarlaşıb.