İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında ilk 2 yarımfinalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsində keçirilmiş ilk iki oyunun nəticəsinə əsasən ANS-in əməkdaşı Vüsal Süleymanov və "Qəbələ" qəzetindən Mehman Süleymanov finala vəsiqə uğrunda mübarizəni davam etdirəcək.
İlk oyunda hər iki iştirakçı xalsız qalsa da, "Portu" qol vurduğu üçün üstünlük ANS-çiyə verilmişdi. PSJ və "Barselona" komandalarının qarşılaşmasında da iştirakçılar xalsız qalmışdı. Lakin Sənan Şəfizadə hesaba ən yaxın nəticəni təxmin etdiyi üçün cüzi üstünlük qazanmışdı. Cavab qarşılaşmasında isə Süleymanov "Nou Kamp"da keçirilən oyunun hesabını düzgün tapmaqla növbəti mərhələyə vəsiqə qazanıb.
Vüsal Süleymanov (ANS): "Bavariya" - "Portu" - 3:1
Oqtay Abdullayev (Futbol Veteranları İttifaqının sədri): "Bavariya" - "Portu" - 2:0
İlk oyun - 0:0 ("Portu" - "Bavariya" - 3:1)
Cavab oyunu - 0:0 ("Bavariya" - "Portu" - 6:1)
Sənan Şəfizadə (ATV): "Barselona" - PSJ - 2:1
Mehman Süleymanov ("Qəbələ" İK): "Barselona" - PSJ - 2:0
İlk oyun - 0:0 (PSJ - "Barselona" - 1:3)
Cavab oyunu - 3:0 ("Barselona" - PSJ - 2:0)