Azərbaycanın yeniyetmə cüdoçusu Rza Xəlilli (55 kq) Gəncədə keçirilən Avropa Kubokuna yüksək səviyyədə hazırlaşıb.
Sportnet.az-a açıqlama verən idmançı qızıl medal qazandığı turnirlə bağlı fikirlərini bölüşüb.
R. Xəlilli Avropa Kubokunda təşkilatçılığın da çox yaxşı olduğunu söyləyib:
“Yeniyetmələrdən ibarət yığmanın üzvüyəm. Özüm qızıl mükafat qazanacağımə düşünürdüm. Gözləntilərimi doğrultdum”.
Cüdoçu gələcək planlarından da bəhs edib: “Almaniyanın paytaxtı Berlində də Avropa Kuboku keçiriləcək. Orada da qızıl medal qazanmaq niyyətindəyəm”.
Xatırladaq ki, Avropa Kuboku aprelin 5-də başa çatacaq. Azərbaycan təmsilçiləri ilk gündə 13 medal qazanıblar.








































































