Səudiyyə Ərəbistanı futbol üzrə 2034-cü il dünya çempionatına ev sahibliyini qazandıqdan sonra 2036 Olimpiya Oyunlarını da təşkil etmək niyyətindədir.
Sportnet.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin növbəti prezidenti olmağa favorit namizədlərdən sayılan oğul Xuan Antonio Samaranç olimpiadanın ilk dəfə Yaxın Şərqdə keçirilməsi ideyasını dəstəkləyir.
Səudiyyə Ərəbistanının təşkilatçı kimi seçiləcəyi halda, orada yayda havanın hərarətinin 40°C-yə çatması səbəbindən, Oyunlar qışda keçirilə bilər.