
Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti vəzifəsini icra etməyə başlayıb.
Sportnet.az xəbər verir ki, xanım prezident 2013-cü ildən təşkilata rəhbərlik edən Tomas Baxı əvəz edib.
Onunla təhvil-təslim mərasimi keçirilib.
“Mən minnətdarlıq, inam və sevinc hissi ilə Olimpiya Evinin açarlarını IOC-un 10-cu prezidenti Kirsti Koventriyə təhvil verirəm”, - Bax vurğulayıb.
Almaniyalı sabiq funksioner həmçinin ömürlük fəxri prezident seçildiyi üçün IOC üzvlərinə təşəkkür edib.