1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İkiqat olimpiya çempionu lisenziyadan məhrum edildi
İkiqat Olimpiya çempionu, avstraliyalı atıcı Maykl Daymond 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər. Sportnet.az-ın məlumatına görə, M.Daymond mayın sonlarında Avstraliyanın Yeni Cənubi Uels ştatında içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, həbs olunub.
O, həmçinin yanlış şəkildə silah saxlamaqda ittiham olunub. Buna görə də onun silah gəzdirmək lisenziyası dayandırılıb. Milli Olimpiya Komitəsindən (MOK) M.Daymondun davranışının qəbuledilməz və ölkənin imicinə təhdid olduğu bildirilib. İdmançı lisenziyanın ləğvi qərarından məhkəmə formasında şikayət etmək hüququna malikdir.
Qeyd edək ki, M.Daymond 1996 və 2000-ci illərdə stend atıcılığı növü üzrə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.