1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016" ilə bağlı yeni qərar
Braziliya Federal Məhkəməsi XXXI Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyro şəhərində sakinlərin dinc nümayiş keçirməsinə icazə verib.
Sportnet.az-ın məlumata görə, qərar ölkənin müvəqqəti baş naziri Miçel Temeri tənqid edən köynək geyinmiş tamaşaçının olimpiada keçirilən ərazidən uzaqlaşdırılmasından sonra qəbul olunub.
Məhkəmənin hakimi Joao Auqusto bu addımı "ifadə azadlığının əngəllənməsi" adlandırıb. Qərara əsasən irqçi və xarici düşmənçiliklə bağlı keçirilən nümayişlər qadağan olunub.
Qeyd edək ki, Braziliya Ali Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsi, yerli hökumət və olimpiadanın təşkilatçılarının dinc nümayişləri əngəlləməklə səlahiyyətlərini aşdıqlarını bildirib.