Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən üzgüçü Fatimə Alkərəmova start xəttinə çıxıb. Sportnet.az-ın məlumatına görə, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük mübarizəsində Fatimə Alkərəmova ilkin mərhələdə finişə 59,43 saniyəyə çataraq, 3-cü olub.
Onu rəqiblərindən yalnız uruqvaylı İnes Remersaro (57,85) və anqolalı Ana Sofia Nobreqa (59,23) geridə qoya bilib. Əvəzində Alkərəmova monteneqrolu Yovana Terziç (59,59), albaniyalı Nikol Marijay (59,99), madaqaskarlı Estella Fils Rabetsara (1:01.11), qaçqınlar yığmasından Yusra Mardini (1:04.66) və Maldiv adalarından Aminat Şajanı (1:05.71) üstələyib.
6 seçmə qrup üzrə 16 ən yaxşı göstəriciyə malik üzgüçü bu gecə saat 05:12-də başlanacaq yarımfinala yüksəlib. Onların arasında Alkərəmova yoxdur. Çünki onun göstəricisi yekun sıralamada 41-ci yeri tutmağa imkan verib.