Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ikinci görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/8 finalda yaponiyalı Hisayoşi Haraşava ilə üz-üzə gəlib.
Görüş cəmi 4 dəqiqə 42 saniyə davam edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olub.
Qarşılaşmanın əvvəlində Haraşava xəbərdarlıq xalı alsa da, sonradan ipponla qələbəyə nail olub.
Bununla da Kokauri və Azərbaycan cüdo yığması olimpiadada çıxışını başa vurub. Yığma üzvlərindən Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb. Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) və Uşangi Kokauri (+100 kq) ikinci görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.
------------------------------------------
17:20. Cüdoçumuz ipponla 1/8 finalda
<div>Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ilk görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/16 finalda latviyalı Artur Nikiforenko ilə üz-üzə gəlib. </div>
<div><br />
</div>
<div>Görüş cəmi 4 dəqiqə 42 saniyə davam edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olacaq. </div>