
Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası ilk qızıl medalı qazanıb. Sportnet.az-ın məlumatına görə, bu uğura taekvondoçumuz Səid Quliyev imza atıb.
73 kq çəki dərəcəsində yer alan Quliyev mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, əvvəlcə kolumbiyalı Xeysson Andres Serrano Hoyosu 7:4, yarımfinalda misirli Seif Eissanı 8:1 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada isə rəqib almaniyalı Həmzə Adnan Kərim olub. Taekvondoçumuz yenə inamla döyüşərək, 10:4 hesablı qələbə qazanıb.