1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Braziliyanın İOC üzvlüyü donduruldu
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Braziliyanın üzvlüyünü müvəqqəti dondurub.
Sportnet.az-ın məlumatına görə, buna korrupsiya qalmaqalı səbəb olub.
Oktyabrın 5-də Rio-de-Janeyro polisi Braziliya Milli Olimpiya Komitəsinin (MOK) və "Olimpiada-2016"nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzmanı korrupsioner fəaliyyətdə şübhəli bilərək, həbs edib. Rio-de-Janeyronun 2016-cı il Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnməsi üçün Nuzmanın 2 milyon dollar rüşvət verdiyi bildirilir.
İOC-un qərarı ilə o, fəxri üzv kimi bütün hüquq və güzəştlərdən məhrum olunub, "Olimpiada-2020"nin Koordinasiya Komissiyasının tərkibindən çıxarılıb.