1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya çempionu olan boksçu cəzalandı
Fransa Antidopinq Komitəsi boksçu Toni Yokanı 1 illik diskvalifikasiya edib.
Sportnet.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, səbəb fransalı idmançının dopinq-test proseduruna 3 dəfə məhəl qoymamasıdır. Antidopinq qaydalarını pozan 26 yaşlı boksçunun cəzası 2 ilədək uzadıla bilər.
Qeyd edək ki, Toni Yoka 91 kq-dan yuxarı çəki dərəcəsində 2015-ci ildə dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Bu çəkidə Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov dünya çempionatına qatılmayıb, olimpiadada isə 1/8 finalda qazaxıstanlı İvan Dıçkoya uduzaraq, mübarizəni dayandırıb.