Keçmiş SSRİ-nin tanınmış voleybolçusu Oleq Moliboqa 70 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, bu barədə ÜmumRusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uzun sürən xəstəlikdən SSRİ-nin Əməkdar idman ustası və Rusiyanın Əməkdar məşqçisi, Oleq Moliboqa dünyasını dəyişib.
Moloboqa 1952-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub, voleybol üzrə yerli “Avtomobilist”, “Dinamo” (Leninqrad), MOİK (Moskva) klublarında çıxış edib. Yeddiqat SSRİ çempionu, üçqat Avropa Çempionlar Kubokunun sahibi olub. O, keçmiş SSRİ yığmasının tərkibində 1980-ci ildə Moskva Yay Olimpiya Oyunlarının qalibi adını, 1976-cı ildə Monereal olimpiadasının gümüş mükafatını qazanıb. Mloiboqa həmçinin ikiqat dünya, dördqat Avropa çempionu idi.