
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 14-cü günə start veriləcək.
Sportnet.az Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan idmançıları sonuncu gündə 3 idman növündə qüvvəsini sınayacaq.
Tokio olimpiadasının gümüş mükafatçısı, karateçi İrina Zaretska da mübarizə aparacaq.
İdman gimnastikası
15:30. Qadınlar (final)
Çoxnövçülük - komanda
Kikboksinq
11:00. Kişilər, yarımfinallar və finallar
Yarımfinal: Ramal Aslanov (Low-kick, 75 kq), Anar Məmmədov (Low-kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) Fərid Ağamoğlanov (Full kontact 63,5 kq)
Final: Saqi Salehli (Full kontact, 75 kq), Elvin Ağayev (Full kontact, 86 kq)
Karate
Kişilər: Pənah Abdullayev (+84 kq), Asiman Qurbanlı (+84 kq)
Qadınlar: Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.