1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Türkiyəni yenib qrup lideri oldu
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası qrup mərhələsindəki son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Türkiyə yığması olub.
İlk yarıda meydan sahibləri 10:8 hesabı ilə üstün olublar. Fasilədən sonra isə fərq daha da artıb - 27:22.
Bu nəticədən sonra Azərbaycan yığması qrupdakı bütün görüşlərini qələbə ilə başa vuraraq, 6 xalla vahid liderə çevrilib. Əvvəlki görüşlərində Georgi Voronovun baş məşqçi olduğu komanda Özbəkistanı 47:21, Kamerunu 28:26 hesabı ilə yenib.
Yarımfinalda rəqib xal qazana bilməyərək, qrupda sonuncu yeri tutan Özbəkistan olacaq. 4 xala malik Türkiyə isə 2 xalla 3-cü olan Kamerunla qarşılaşacaq. Bu görüşlər mayın 13-də olacaq. Final qarşılaşması isə mayın 14-də baş tutacaq.