Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarıda bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı həlledici dueldə ukraynalı Qalyana Tarasova ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kindzerska bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Rüstəm Orucov (73 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq), Hidayət Heydərov (73 kq), və Elmar Qasımov (100 kq) bürünc medala sahib olub.
Bu, Azərbaycanın Oyunlarda 11-ci medalı olub. Medallardan 5-ni - 1 gümüş, 4 bürüncü cüdoçular əldə edib.