İtaliyalı akademik avarçəkən Nikkolo Mornatidən götürülmüş dopinq-test müsbət nəticə verib. Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 36 yaşlı idmançıdan anastrozol aşkarlanıb.
Bu preparat digər qadağan olunmuş vasitələrin gizlədilməsi məqsədilə qəbul olunur.
Qeyd edək ki, Nikkolo Mornati dünya çempionatlarında 2 nəfərlik sükansız qayıqla 2000 metr məsafəyə yürüşlərdə üçqat gümüş mükafatçı olub. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakı sual altına düşüb.