1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Orxan Səfərov medalsız qaldı - YENİLƏNDİ
XXXI Yay Olimpiya Oyunlarının ikinci yarış günündə Azərbaycanın daha 8 təmsilçisi mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində idmançılar şosse velosipedi, cüdo, idman gimnastikası, boks, akademik avarçəkmə və güllə atıcılığı növlərində yarışıblar.
İlk medal ümidi kimi daha çox cüdoçu Orxan Səfərov göstərilirdi. 60 kq çəkidə çıxış edən Səfərov yarımfinaladək irəliləməyi bacarsa da, son 2 görüşünü məğlubiyyətlə başa vuraraq, 5-ci yerlə kifayətlənib.
Şosse velosipedçisi Maksim Averin finişə çata bilməyib, güllə atıcısı Ruslan Lunyov isə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada 15-ci yeri tutub və "8-liy"ə daxil ola bilmədiyi üçün mübarizəni dayandırıb. Eyni uğursuzluqla boksçu Rüfət Hüseynov (49 kq) da üzləşib. O, ilk görüşdəcə namibiyalı rəqibinə yenilib.
2 nəfərlik qoşa avarlı qayıqla (M2x) 2000 metr məsafəyə seçmə yürüşdə Aleksandr Aleksandrov finişə 2-ci çataraq, birbaşa yarımfinala vəsiqə qazanıb. İdman gimnastları Petro
Günün proqramı:
Şosse velosipedi
Final. 16:30 - 23:10. Maksim Averin
Cüdo
Seçmə mərhələ. 17:00 - 20:00
1/16 final. Orxan Səfərov - Xuan Postiqos (Peru) - xal hesabı ilə qələbə
1/8 final. Orxan Səfərov - Otar Bestayev (Qırğızıstan) - ipponla qələbə
1/4 final. Orxan Səfərov - Felipe Kitadayı (Braziliya) - ippon
Yarımfinal və final. 22:30 - 01:10
Yarımfinal. Orxan Səfərov - Yeldos Smetov (Qazaxıstan) - vazari ilə məğlubiyyət
Bürünc medal görüşü. Orxan Səfərov - Naohisa Takato (Yaponiya) - cərimə xalları ilə məğlubiyyət
İdman gimnastikası
I təsnifat mərhələsi. 17:30 - 20:00, 21:30 - 24:00. 01:30 - 04:00. Oleq Stepko, Pavel Paxnyuk
Boks
1/16 final. 24:00. Rüfət Hüseynov - Matias Hamunyela (Namibiya) - 1:2
Akademik avarçəkmə
Seçmə yürüş. 18:30. Aleksandr Aleksandrov - Boris Yotov - 2-ci yer (6:40.520) - yarımfinala yüksəliblər.
2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş
Güllə atıcılığı
Final. 20:00 - 23:30. Ruslan Lunyov. 10 metr, pnevmatik tapança ilə - 15-ci yer
-----------
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusu növbəti mərhələdə isə braziliyalı Felipe Kitadayı 2 dəqiqə 55 saniyəyə ipponla yenib.
Yarımfinalda Səfərovun rəqibi 2015-ci ilin qazaxıstanlı dünya çempionu Yeldoş Smetov olub. Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Sönük keçən görüşün sonlarında Smetov vazari xalı ilə hesabda irəli keçib. Qalan 20 saniyə ərzində o, passiv çıxışına görə daha 2 xəbərdarlıq alsa da, üstünlüyünü qoruyub.
Beləliklə, Səfərov 2013-cü ilin dünya çempionu, yaponiyalı Naohisa Takato ilə bürünc medal uğrunda görüşdə üz-üzə gəlib. Görüşün əvvəlində və ortasınd hakim qeyri-fəal güləşməsi səbəbindən ona xəbərdarlıq edib. Bundan sonra Azərbaycan təmsilçisinin cəhdləri nəticə verməyib. Nəticədə ilk yarış günündə medal qazanan olmayıb.
______
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finala yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusu növbəti mərhələdə isə braziliyalı Felipe Kitadayı 2 dəqiqə 55 saniyəyə ipponla yenib.
Yarımfinalda Səfərovun rəqibi 2015-ci ilin qazaxıstanlı dünya çempionu Yeldoş Smetov olub. Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Sönük keçən görüşün sonlarında Smetov vazari xalı ilə hesabda irəli keçib. Qalan 20 saniyə ərzində o, passiv çıxışına görə daha 2 xəbərdarlıq alsa da, üstünlüyünü qoruyub.
Beləliklə, Səfərov yaponiyalı Naohisa Takato ilə bürünc medal uğrunda görüşdə üz-üzə gələcək. Qızıl medal qarşılaşması isə rusiyalı Beslan Mudranovla qazaxıstanlı Yeldoş Smetov arasında keçiriləcək.
-----------
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusu növbəti mərhələdə isə braziliyalı Felipe Kitadayı 2 dəqiqə 55 saniyəyə ipponla yenib.
Qeyd edək ki, yarımfinalda Orxan Səfərovun rəqibi qazaxıstanlı Yeldoş Smetov olacaq.
-------------
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib.
Qeyd edək ki, Orxan Səfərov 1/4 finalda braziliyalı Felipe Kitadayla üz-üzə gələcək.
--------
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Səfərov 1/16 finalda perulu Xuan Postiqosu xal hesabı ilə yenib.
Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı əldə edib.
Qeyd edək ki, Orxan Səfərov 1/8 finalda qırğızıstanlı Otar Bestayevlə qarşılaşacaq.
---------------------------