1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-de-Janeyroda Azərbaycan idmançılarına qarşı oğurluq olmayıb"
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının başladığı vaxtdan indiyədək Azərbaycan nümayəndə heyəti heç bir oğurluq hadisəsi ilə üzləşməyib. Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
Artıq bir neçə dəfə başqa ölkələrin idmançı və nümayəndə heyətinə qarşı oğurluq halları müşahidə olunsa da,
S.Məmmədova Azərbaycan tərəfinə qarşı belə halların baş vermədiyini bildirib: "Bu günə qədər oğurluqla rastlaşmamışıq. Qaldığımız Media Kəndində çox ciddi nəzarət var. Olimpiya Kəndində qalan nümayəndə heyətimiz və komandalarımızın üzvlərindən də bu barədə soruşmuşam. Bildiriblər ki, belə problem olmayıb. İnanıram ki, bundan sonra da bu cür hallarla üzləşməyəcəyik"
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Rio-de-Janeyroya avqustun 1-də yollanıb.