
24:00. D qrupu. Uruqvay - Kosta-Rika 1:3
Qollar: Kavani, 23-p. - Kempell, 54. Duarte, 57. Urena, 84.
Baş hakim: Feliks Brıx
Uruqvay: 1. Muslera, 2. Luqano (k), 3. Qodin, 5. Qarqano, 7. Rodriqes, 10. Forlan, 11. Stuani, 16. Pereyra, 17. Arevalo, 21. Kavani, 22. Kakeres.
Kosta Rika: 1. Navas, 3. Qonzalez, 4. Umana, 5. Borqes, 6. Duarte, 7. Bolanos, 9. Kampbell, 10. Ruiz (k), 15. Diaz, 16. Gamboa, 17. Tejeda.
Matçöncəsi maraqlı məqamlar
- Uruqvay tarixində iki dəfə dünya çempionu olub. DÇ-1930 və DÇ-1950 turnirlərində Cənubi Amerika təmsilçisi qalib adını qazanıb. İlk turnir Uruqvayın öz meydanında, ikinci çempionluq isə Braziliyada qazanılıb.
- DÇ-nin Cənubi Amerika seçmələrində uruqvaylı Luis Suares 11 qol vuraraq ən məhsuldar futbolçu olub. O, bu oyunda zədə səbəbindən forma geyməyəcək.
- Kosta Rika DÇ-lərdə oynadığı son 4 matçda 14 qol buraxıb.
- Kosta Rika bu günədək cəmi 3 dəfə mundiallarda iştirak edib. Ameriaklılar hər üç turnirdə ilk iki matçında qalib gəlib.
- Uruqvay tarixində Kosta Rikanı 6 dəfə məğlub edib və rəqibinə heç vaxt uduzmayıb.
- Uruqvayın baş məşqçisi Oscar Tabarez 2006-ci ildən bəri iş başındadı. O, mundialdakı 32 komanda işində ən uzun müddətdi vəzifəsinin başında olan mütəxəssisdi.
Matç başladı
3-cü dəq. İlk dəqiqələrdə qarşılıqlı hücumlar var.
7-ci dəq. Uruqvaydan ilk təhlükəli hücum. Forlan topa çata bilmədi.
8-ci dəq. Kosta Rika təhlükəli hücumdan sonra künc zərbəsi qazanır.
12-ci dəq. 12 dəqiqə ərzində Kosta Rika heç də özünü autsayder kimi göstərmir.
15-ci dəq. Qodin topu qapıdan keçirsə də, hakim of-sayd qeydə alır.
16-cı dəq. Kavaninin zərbəsi istənilən kimi alınmır.
18-ci dəq. Kosta Rika mərkəzi keçməkdə çətinlik çəkir.
22-ci dəq. Penalti. Dieqo Forlanın standart vəziyyətdəki ötürməsindən sonra Dieqo Luqanonu cərimə meydançasında yıxırlar.
23-cü dəq. QOOOOOOOL! Kavani penaltini dəqiq yerinə yetirir.
27-ci dəq. Kempelin güclü zərbəsindən sonra top az fərqlə çölə çıxır.
31-ci dəq. Bu dəqiqələrdə Kolumbiya oyunu rəqib yarımmeydanına daşıyır.
36-cı dəq. Sürətli oyun getsə də, komandalar kəsərli hücum təşkil etməkdə çətinlik çəkir.
40-cı dəq. Sürətli hücumdan sonra Forlanın zərbəsi zəif və qeyri-dəqiq alındı.
43-cü dəq. Bolanos Uruqvayın qapısı qarşısında təhlükəli vəziyyət yaradır.
43-cü dəq. Forlanın zərbəsini son anda qapıçı Navas kənara çıxarır.
45+2-ci dəq. Birinci hissə Uruqvayın xeyrinə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
Kolumbiya Yunanıstan
49% Topa nəzarət 51%
1 Küncdən zərbə 4
2 Of-sayd 0
6 Qayda pozuntusu 10
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başladı
48-ci dəq. Hər iki komanda hissəyə sakit başlayıb.
50-ci dəq. Uruqvayın kapitanı Luqano sarı vərəqə alır.
50-ci dəq. Oskar Duarte fərqlənməyə yaxın olur. Muslera qola imkan vermir.
54-cü dəq. QOOOOOOL! Kosta Rika hesabı bərabərləşdirdi. Kempell fərqlənir.
56-cı dəq. Uruqvaylı Qarqano sarı vərəqə alır.
57-ci dəq. QOOOOOOL! Duarte komandasını hesabda önə çıxarır. Uruqvay şokdadı.
60-cı dəq. Uruqvay iki dəyişiklik edir. Qonzalez Qarqanonu, Lodeyro isə Forlanı əvəzləyir.
64-cü dəq. Kempel dubl etməyə yaxın olur.
69-cu dəq. Kavaninin boş qapı qarşısına ötürməsinə zərbə vuran tapılmır.
74-cü dəq. Kosta Rikada Tejedanı Kubero əvəzləyir.
76-cı dəq. Uruqvayda Hernandez Rodriqesi əvəzləyir.
81-ci dəq. Kaseres sarı vərəqə ilə cəzalanır.
83-cü dəq. Urenya Ruizin əvəzinə meydana daxil olur.
84-cü dəq. QOOOOL! Meydana yenicə daxil olan Urenya fərqlənir. İlk qolun müəllifi Kempel məhsuldar ötürmə ilə yadda qalır.
89-cu dəq. Kosta Rikada Bolanosu Barrantes əvəzləyir.
90+4-cü dəq. DÇ-2014-də ilk qırmızı vərəqə. Uruqvayın üzvü Maksi Pereyra meydandan qovulur.
Oyun başa çatdı.
Oyunun statistikası
Uruqvay Kosta Rika
54% Topa nəzarət 46%
5 Küncdən zərbə 6
6 Of-sayd 2
9 Qayda pozuntusu 18
3 Sarı vərəqə 0
20 Qırmızı vərəqə 18
Matçın oyunçusu: Joel Kempell (Kosta Rika)