
Baş hakim: Joel Agilar (Salvador)
Start heyətlər
Argentina: 1. Romero, 2. Ezekel Qaray, 3. Huqo Kampanyaro (Qaqo-46), 4. Pablo Sabaleta, 16. Markos Roho (sarı vərəqə-25), 17. Fernandes, 7. Anhel Di Mariya, 11. Maksi Rodriqes (İquayn-46), 14. Xavyer Maskerano, 10. Lionel Messi, 20. Serxio Aquero (Biqlia-87).
Bosniya və Herseqovina: 1. Asmir Beqoviç, 3. Biçakçiç, 4. Emir Spahiç (sarı vərəqə-63), 5. Kolasinaç, 7. Muhammed Beşiç, 13. Mensur Mudja (İbişeviç-69), 8.Miralem Pyaniç, 10. Zvezdan Misimoviç (Medunyanin-74), 16. Luliç, 20. İzet Hayroviç (Viska-71), 11. Edin Dzeko.
Matçöncəsi maraqlı məqamlar
- Argentina Avropa komandaları ilə oynadığı son 9 matçda cəmi 2 qələbə qazanıb.
- Argentina DÇ qruplarında oynadığı son 12 matçda 9 qələbə, 1 məğlubiyyət, 2 heç-heçəyə imza atıb.
- Bosniya və Hersoqovina tarixində ilk dəfə mundialda çıxış edəcək.
- Argentina yığmasının lideri Lionel Messi bu günədək DÇ-lərdə 571 dəqiqə forma geydi və 1 qol vurub.
- Bosniya və Hersoqovinanın
ən güclü qol silahı Edin Dzekodu. O, seçmələrdə 8 qol vurmağı bacarıb.
- FİFA reytinqində Argentina 5, Bosniya və Hersoqovina isə 21-ci pillədə qərarlaşıb.
Oyun başladı
3-cü dəq. QOOOOOOOL! Argentina matça qolla başlayır. Kolosinaç topu öz qapısına göndərir. Mundialda 3-cü avtoqol.
10-cu dəq. Bu dəqiqələrdə mərkəzdə top uğrunda mübarizə gedir.
13-cü dəq. Bosniyalıların kompakt hücumunun qarşısını son anda Romero alır. Hayroviç fərqlənə bilmir.
18-ci dəq. Argentina təhlükəli hücum qurur. 2 ardıcıl epizodda zərbə vurmaq mümkün olmur.
21-ci dəq. Maskeranonun ideal ötürməsindən sonra müdafiəçilər Messinin fərqlənməsinə imkan vermir.
25-ci dəq. Argentinalı Markos Roho sarı vərəqə alır.
30-cu dəq. Di Mariyanın zərbəsi qapının üstündən keçir.
32-ci dəq. Maskeranonun qüvvətli zərbəsindən sonra Beqoviç səhvsiz oynayır.
34-cü dəq. Topa sahib olmada Argentinanın üstünlüyü var: 57% - 43%
40-cı dəq. Künc zərbəsi zamanı Luliçin təhlükəli baş zərbəsini argentinalı qolkiper Romero dəf edir.
44-cü dəq. Rohanın sol cinahdan göndərdiyi ötürmənin qarşısı Beqoviç tərəfindən alınır.
45-ci dəq. Messinin keçidlərindən sonra cərimə meydançasında ötürdüyü topa Aquero zərbə vura bilmir.
45+1-ci dəq. Birinci hissə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
Argentina Bosniya və Hersoqovina55% Topa nəzarət 45%
1 Küncdən zərbə 3
0 Of-sayd 1
7 Qayda pozuntusu 6
1 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başladı.
46-cı dəq. Argentinada iki dəyişiklik: Qonsalo İquayn Maksi Rodriqesin, Fernando Qaqo isə Huqo Kampanyaronu əvəz edir.
50-ci dəq. Hayroviçin cərimə zərbəsi vurur. Romero yaxşı oynayır.
54-cü dəq. Romero növbəti dəfə Hayroviçə keçid vermir.
55-ci dəq. Aqueronun zərbəsi istənilən kimi alınmır.
57-ci dəq. Argentinanın qapısı önündə təhlükə yaranır. Müdafiəçilər son anda Misimoviçin zərbə vurmasına imkan vermirlər.
60-cı dəq. Messinin özünəməxsus keçidlərindən sonra topu Aqueroya ötürür. Sonuncunun zərbəsi qüvvətli alınmır.
63-cü dəq. Bosniya və Hersoqovinanın kapitanı Spahiç Aqueroya qarşı kobudluq edir və sarı vərəqə alır.
65-ci dəq. QOOOOOL! Messi müdafiəçiləri keçərək fərqlənir.
69-cu dəq. Vedad İbişeviç Mənsur Mudjanın yerinə meydana daxil olur.
71-ci dəq. Bosniya və Hersoqovinada ikinci dəyişiklik. Hayroviç yerini Edin Viskaya verir.
74-cü dəq. Zvezdan Misimoviç çıxır, meydana Medunyanin daxil olur.
76-cı dəq. Aqueronun zərbəsi təhlükəli alınır.
82-ci dəq. Argentina əks-hücuma keçir. Spahiç son anda komandasını qoldan xilas edir.
85-ci dəq. QOOOOL! İbişeviç baxımlı qolla diqqət mərkəzinə düşür.
87-ci dəq. Aqueronun əvəzinə Lukas Biqlia meydana çıxır.
90-cı dəq. Hakim əsas vaxta 3 dəqiqə əlavə edir.
90+2-ci dəq. İquaynın ideal ötürməsi. Messi fürsətdən istifadə edə bilmir.
90+3-cü dəq. Oyun Argentinanın qələbəsi ilə başa çatır.
Oyunun statistikası
Argentina Bosniya və Hersoqovina
57% Topa nəzarət 43%
2 Küncdən zərbə 6
0 Of-sayd 3
10 Qayda pozuntusu 13
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Lionel Messi (Argentina)