Avtsriyadakı təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandasının yoxlama matçlarında üz-üzə gələcəyi rəqiblər açıqlanıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, toplanış müddətində 3 oyun baş tutacaq.
İyunun 30-da "Qarabağ" Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq. İyulun 3-də rəqib Rumıniya "Styauya"sı, bundan 4 gün sonra isə Rusiya "Lokomotiv"i olacaq. İyulun 8-də isə Ağdam komandası Azərbaycana qayıdacaq.
Qeyd edək ki, "Qarabağ" iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Monteneqro "Rudar"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:30-da başlanacaq.