1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mladost"un baş məşqçisi "Neftçi"ni favorit sayır
"Neftçi" bizim üçün rahat rəqib deyil. Heyətdə braziliyalı, paraqvaylı və ispaniyalı futbolçular olmasına baxmayaraq, komandanın onurğa sütununu yerli futbolçular təşkil edir". Sportnet.az-ın məlumatına görə, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında Avropa Liqasında "Neftçi"nin rəqibi olan "Mladost"un baş məşqçisi Nikola Rakoyeviç deyib.
Təcrübəli mütəxəssis oyunda "Neftçi"nin favorit olduğunu bildirib: "Neftçi" ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Partizan"la qarşılaşıb. Həmin oyunla müqayisədə komandada 6 yeni futbolçu var. "Neftçi" hardasa, yeni komandadır. Biz onların ötən mövsümkü oyunlarının videoyazılarını izləmişik. Ancaq bu, kifayət etmir. İlk oyun zamanı rəqibi daha yaxından tanıyacağıq. Sürətli davranmağa hazır olmalıyıq. Rəqibdə hər hansı boşluq görsək, bundan maksimum yararlanmalıyıq. "Neftçi" istər kağız üzərində, istər büdcəsinə, istərsə də reytinqə görə favoritdir. Ancaq mən təcrübələri istisna olmaqla, rəqibin başqa üstünlüyünü qeyd etməzdim. Komandama inanıram. Bakıdan sərfəli nəticə ilə ayrılacağımıza inanıram".
Qeyd edək ki, "Neftçi" - "Mladost" matçı sabah "Bakcell Arena"da 21:00-da start götürəcək. (Qol.az)