"Komandadan 10 futbolçu - 5 yerli və 5 legioner futbolçu gedib. Demək olar ki, klub strategiyası dəyişib". Sportnet.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib.
Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la Bakıda keçiriləcək oyunöncəsi konfransda fikir bildirən S.Əliyev tanış olmayan bəzi futbolçuların meydanda olacağını bildirib: "Təlim-məşq toplanışı zamanı bütün oyunçuları yoxladıq və üzərlərində işlədik. Komandada olan bütün futbolçular istedadlı və potensialı olanlardır. Fikrimcə komandada psixoloji problem yoxdur. Rəqibi təhlil etmişik, zəif və güclü nöqtələrini bilirik. Sabah meydanda nizam-intizamlı, mübariz komanda görəcəksiz".
Qeyd edək ki, "Neftçi" - "Mladost" oyunu sabah saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |