
Bu gün Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" - "Mladost" oyunuöncəsi "Bakcell Arena"da mətbuat konfransı və açıq məşq keçirilib. Sportnet.az-ın məlumatına görə, ilk öncə media nümayəndələri önünə "Neftçi" çıxıb.
Ardından "Mladost"un baş məşqçisinin konfransı və açıq məşqı planlaşdırılsa da, rəqib komanda "Bakcell Arena"ya gəlməyib. Bunun səbəbi isə hələ bilinmir.
Qeyd edək ki, "Neftçi" - "Mladost" matçı sabah 21:00-da keçiriləcək.